Bəhreyndəki siyasi məhbuslara görə xəbərdarlıq edildi

Eastnews.org-un verdiyi xəbərə görə, "Bəhreyn İnsan Haqları Mərkəzi" ölkədəki siyasi məhbuslar ilə bağlı xəbərdarlıq edib.   Bu barədə yazılı açıqlama verilib.   Yazılı açıqlamada vurğulanıb ki, Bəhreyn hökuməti siyasi məhbuslara qarşı təzyiqləri dayandırmalıdır.   "Son 1 həftə ərzində 3 siyasi məhbus təzyiqlərə görə aclıq aksiyasına başlayıb. Həbsxanalarda saxlanılan bütün siyasi məhbuslara görə hökumət məsuliyyət daşıyır", - deyə yazılı açıqlamada diqqətə çatdırılıb.   Qeyd olunub ki, Bəhreyn hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir.