Beytul-ləhmdə Zeyd Qənimin yasını saxlamaq üçün kütləvi tətil

Gənc şəhid Zeyd Qənim üçün matəmdə Beytul-ləhmdəki fraksiya koordinasiya komitəsi bu gün, şənbə günü hərtərəfli tətil elan edir.
Operativ.tv Al-Mayadeen-ə istinadən verdiyi xəbərə görə, Beytul-ləhmdəki fraksiya koordinasiya komitəsi bu gün, şənbə günü fələstinli şəhid Zeyd Qənimin dəfn mərasimində iştirak etmək üçün hərtərəfli tətil elan edib.
Fələstinli uşaq, 15 yaşlı Zeyd Muhəmməd Səid Qənim, Beytul-ləhmin cənubundakı Əl-Xızr qəsəbəsində işğalçı İsrail qüvvələri tərəfindən güllələnib.
Fələstin Səhiyyə Nazirliyi bəyan edib ki, Zeyd Qənim adlı uşaq boynundan və kürəyindən canlı güllələrə tuş gələrək şəhid olub.