Beyrutda Hizbullah tərəfdarlarının aksiyasına hücum nəticəsində ölən və yaralananların sayı 66-a çatıb (VİDEO)

 Bu gün Livan paytaxtında Beyrut partlayışının məhkəmə işi ilə bağlı Hizbullah hərəkatı və Əməl partiyasının aksiyası zamanı etirazçılara atəş açılıb. Altı nəfər ölüb və altımışdan çox insan yaralanıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, Hizbullah hərəkatının və Əməl Partiyasının Beyrut partlayışının məhkəmə işi ilə bağlı aksiyasına açılan atəş nəticəsində ölənlərin sayı altıya çatıb.

Atəşlərin ətrafdakı binaların üzərində olan nişançılar tərəfindən atıldığı deyilir.

Məlumata görə təhlükəsizlik qüvvələri nişançılardan bir neçəsini ələ keçirməyə müvəffəq olublar.

Bu hücumda yaralananların azı altmış nəfər olduğu bildirilir.

Qeyd edək ki, Hizbullah və Əməl partiyası Beyrut partlayışının məhkəmə işinin gedişatına etiraz etmiş, onun siyasiləşdirildiyini və cinayətkarların məsuliyyətə cəlb olunmadığını bildiriblər. Onlar məhkəmə işinə baxan hakimin kənarlaşdırılmasını tələb edirlər.