Beynəlxalq təşkilatlar Yəmənə görə çağırış etdilər

Beynəlxalq İnsan Haqları Təşkilatları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri əleyhinə hesabatla çıxış ediblər.

 

Hesabatda vurğulanır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri aldıqları silahları Yəməndə dinc sakinlərə qarşı istifadə edir.

 

"Müharibə cinayəti törədilməsinin qarşısını almaq üçün bu addım atılmalıdır. Dövlətlər silah satışlarına diqqətli yanaşmalıdırlar", - deyə hesabatda diqqətə çatdırılıb.

 

Qeyd edək ki, hesabatı "Beynəlxalq Əfv Təşkilatı", "İnsan Haqları İzləmə Təşkilatı", "Sülh və Demokratiyaya Dəstək Fondu" və digər təşkilatlar imzalayıblar.