Beynəlxalq insan haqları təşkilatları Bəhreyn rejiminə tanınmış hüquq müdafiəçisi Əbdül-Hadi Əl-Xacənin azadlığa buraxılması üçün müraciət ediblər.
Operativ.tv Shia News-un məlumatına görə, Civicus və Citizen Global başda olmaqla, beynəlxalq insan haqları təşkilatları Əbdül-Hadi Əl-Xacənin Ali-Xəlifə rejiminin həbsxanasından azad edilməsini tələb edən petisiya imzalayıb.
Əl-Xacə 2011-ci ilin martında Ali-Xəlifə rejiminə qarşı iğtişaş törətmək və insanları etiraza sövq etməkdə ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilib. Əl-Xacənin azadlığa buraxılması üçün yerli və beynəlxalq çağırışlara baxmayaraq, Manama indiyədək ona qarşı irəli sürülən ittihamları ləğv etməkdən imtina edib.
Beynəlxalq təşkilatlar bəhreynli fəalın azad edilməsinə çağırır