Beynəlxalq hava limanı vuruldu

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin paytaxtı Səna şəhərindəki beynəlxalq hava limanına hücum edib.   Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, hücum zamanı Səna beynəlxalq hava limanına maddi ziyan dəyib.   Bundan əlavə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Səna beynəlxalq hava limanına son 24 saat ərzində 6 dəfə aviazərbələr endirilib.