Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri İran səfərində yeni nəticələrin əldə edilmədiyini bildirib

BAEA-nin sədri Rafael Qrossi İrana rəsmi səfəri çərçivəsində ilk görüşünü bu ölkənin Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə, ikinci görüşünü isə XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyanla həyata keçirib. O İran səfərində istənilən nəticənin əldə edilmədiyini deyib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, Rafael Qrossi bu sözləri İran səfərinin nəticələri ilə bağlı jurnalistlərin suallarını cavablandırakən deyib.

O İran səfərinin istənilən nəticəni vermədiyini bildirsə də, keçirilən görüşlərin peşəkarcasına həyata keçirildiyi və görüşlərin davam edəcəyini deyib.

Qeyd edək ki, son günlərdə BAEA-nin açıqlamaları İranda birmənalı şəkildə müsbət qarşılanmayıb.

BAEA-nin sədri Kərəc şəhərində olan bir obyektdə agentliyin kameralarının quraşdırılması və onların çəkdiyi görüntülərin verilməməsi ilə bağlı rəsmi Tehrana tənqidlər ünvanlamışdı. İran isə bu obyektin razılaşmaya aid olmadığını bildirib.

Qeyd edək ki, tərəflər cari ayın sonunda Avropada nüvə sazişinin bərpası ilə bağlı danışıqlara başlayacaqlar. Bu danışıqlar İran və 4+1 dövlətləri, eləcə də vasitə ilə ABŞ arasında keçiriləcək.