“Beşiktaş” Qurban Qurbanovun oğlunu transfer etmək istəyir

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”da çıxış edən Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb. 

Bildirilir ki, əvvəllər Ağdam klubunda işləmiş, hazırda “Beşiktaş”da baş məşqçi olan Önder Karaveli gənc hücumçunu sərəncamında görmək istəyir. Hətta o, rəhbərlikdən bunun üçün icazə də alıb.