Benzin və dizellə işləyən avtomobillər qadağan edilir?

Yenisafak-ın Operativ.tv-yə istinadən verdiyi xəbərə görə, Avropa Parlamentinin (AP) Komitəsi yeni benzin və dizellə işləyən avtomobillərin satışını qadağan etməyə hazırlaşır. Buna görə də sözügedən avtomobillər 2035-ci ildən etibarən satıla bilməyəcək.
Avropa Parlamentinin (AP) Komitəsi 2035-ci ildən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan edən qanun layihəsini dəstəkləyib.