Benində polis məntəqəsinə hücum nəticəsində 2 polis həlak olub

Beninin şimalında baş verən silahlı hücumda 2 polis həyatını itirib, bir polis isə yaralanıb.
Operativ.tv Haber 7-yə istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, Burkina Faso ilə sərhəddə yerləşən Atakora bölgəsindəki Dassari postuna naməlum silahlı şəxslər tərəfindən hücum edilib.
Polislə hücum edənlər arasında baş verən qarşıdurmada 2 polis həyatını itirib, bir polis ağır yaralanıb, 2 hücumçu isə zərərsizləşdirilib.