Belorusda müxalifətçilər həbs edilib

Etirazlar zamanı onlarla fəal və siyasətçi zorakılığa məruz qalıb

Belorus müxalifət lideri Mikalay Statkeviç və bir neçə bloger seçkilərdən əvvəl ölkədə müxaliflərə qarşı genişlənən əməliyyatlarda 15 sutka həbs cəzasına məhkum edilib,- RFE/RL xəbər verir.

Statkeviç iyunun 1-də də Minskdə keçirilmiş “icazəsiz” müxalifət tədbirində qarşıdakı seçkilərdə namizəd olacaq şəxsləri dəstəkləmək məqsədiylə iştirak etdiyi üçün 15 günlük həbs cəzasına məhkum edilmişdi.

Avtoritar Prezident Aleksandr Lukaşenkonun altıncı dəfə ölkə rəhbərliyinə seçilməsi gözlənən avqust ayında keçiriləcək prezident seçkisi öncəsində müxalifətin mitinqləri minlərlə Belorusiya vətəndaşını biraraya cəlb edib.

Etirazlar zamanı onlarla fəal və siyasətçi zorakılığa məruz qalıb və həbs olunub.

Statkeviçin həyat yoldaşı Marina Adamoviç 15 iyun tarixində “Facebook” hesabında Statkeviçin vəkili olmadan növbəti 15 gün müddətində həbs edildiyini bildirib.

Statkeviç Lukaşenkonun 2010 seçkilərində əsaslı tənqid edən müxalif siyasətçi olub. Onun avqust seçkilərində iştirak etməsinə imkan verilməyib. 2015-ci ildə azad edilmiş Statkeviç 6 il həbsdə olub.

15 iyun tarixində blogerlər Eduard Palchys, Uladzimer Tsyhanoviç, Mikalay Maslouki “icazəsiz" etirazlarda iştirak etdiyi üçün 15 gün müddətinə həbs edilib.

Digər aktivisit Syarhey Tsikhanouski etirazları təşkil etdiyi üçün 3 il müddətinə həbs edilə bilər.