Belorus müxalifətinin lideri xalqı tətil etməyə çağırdı

Belorus müxalifətinin lideri Svetlana Tixanonskaya xalqı ölkə miqyasında tətil etməyə və prezident Aleksandr Lukaşenko istefa verməyənə, həbsdəki siyasi məhbusları azadlığa buraxmayana, etirazları dağıtmağa son qoymayana qədər tətilləri dayandırmamağa çağırıb. Bu barədə "Euronews"un 26 oktyabr tarixli xəbərində bildirilir. 
 
Həyat təhlükəsi ilə əlaqədar olaraq, hazırda Litvada olan Svetlana Tixanovskaya bazar günü hüquq-mühafizə orqanlarının Minsk küçələrində etiraz edən nümayişçilərə kobud şəkildə təzyiq göstəsməsini qınayıb və nümayişçilərə öz dəstəyini ifadə edib. 
 
"Hökumət beloruslara bir daha sübut etdi ki, onun əlindən gələn ən yaxşı iş zorakılıqdır", - Tixanovskaya deyib.
 
Qeyd edək ki, bazar günü keçirilən etiraz aksiyalarının əsas şüarları Svetlana Tixanovskayanın "Xalqın Ultimatumu" adı verdiyi tələblər siyahısından ilhamlanıb. Müxalifət lideri tələblər yerinə yetirilməzsə, tərəfdarlarına bazar ertəsindən etibarən ümumxalq tətilləri keçirməyə çağırıb.
 
Bu gün həmçinin məlum olub ki, Avropa Parlamenti Belorus müxalifətini ifadə azadlığına görə verilən "Saxarov" mükafatına layiq görüb.