Belçikadan 3 azərbaycanlı deportasiya olunub

Belçikadan 3 azərbaycanlı deportasiya olunub

Belçika Krallığından daha 3 azərbaycanlı deportasiya olunub. 

“Report”un Avropa bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları Aslanov Vladimir Rasim oğlu, Məmmədov Məmməd Alı oğlu və Azərbaycan vətəndaşı Qasımov Elgün Bünyad oğludur. 

Hər üç zərbaycanlının deportasiya olunmasına səbəb miqrasiya qanunvericiliyi tələblərinin kobud şəkildə pozmaları göstərilir. 

Azərbaycanlılar Brüssel aeroportundan Sankt-Peterburq şəhərinə yola salınıblar.

Facebook