Belarusda mitinqdə saxlananların sayı mini keçib

Belorusun paytaxtında  və digər şəhərlərdə noyabrın 8-də keçirilən etiraz aksiyalarında mindən çox adamı saxlanıb.
 
Bu barədə  "Vesna" hüquq müdafiəsi təşkilatı məlumat yayıb. 
 
Təşkilatın saytında yayımlanan siyahıda 1003 şəxsin adı yer alıb. Minsk şəhəri saxlananların sayına görə siyahıda birinci sırada qərarlaşıb. 
 
Bazar günü Belorusda  "Xalq hakimiyyəti yürüşü" adlı etiraz aksiyaları davam edib. Nümayişçilər Minskin və digər böyük şəhərlərin küçələrində hökumətin siyasətinə qarşı şüarlar səsləndiriblər.