Belarus çirkli Rusiya neftinə görə milyardlarla dollar itirir

2019-cu ildə Belarusu ixracdan 2 milyard dollar itirib. Buna səbəb Rusiya tərəfindən neft məhsullarının  məhdudlaşdırılması və çirkli neft tədarüküdür. BelTA yazır ki, bunu xarici işlər naziri Vladimir Makey deyib.

 

Diplomatın sözlərinə görə, Minsk Moskva ilə strateji tərəfdaşlıq çərçivəsində verilən öhdəliklərə aydın şəkildə əməl edib.

 

Makeynin sözlərinə görə, Belarus neft sektorunda azalmış ixracatdakı itkiləri kompensasiya edə bilməyib. Onun sözlərinə görə, digər məhsulların ixracındakı artım 1,84 milyard dollar təşkil edib. "Bu, neft itkilərinin yalnız 52,8 faizini kompensasiya etmək üçün kifayət idi", - nazir deyib.

 

Belarus 2019-cu ilin aprelində Rusiyadan gələn neftin keyfiyyətinin azaldığını bildirdi. Xam malın çirklənməsi, bir sıra ölkələr tərəfindən Rusiya neftinin tranzit və qəbulunun müvəqqəti dayandırılmasına səbəb oldu. Belarusiya Prezidenti Aleksandr Lukaşenko neftin çirklənməsindən infrastruktur və avadanlıqlara dəyən ziyanı "yüz milyonlarla dollar" qiymətləndirdi.