BDU-nun yataqxanasında daha iki tələbə zəhərləndi

Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsi zəhərlənərək xəstəxanaya çatıdırılıb.

Operativ.tv-nin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, BDU-nun yataqxanasında 20 yaşlı iki tələbə qız Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.