BDU-nun binasından asılan şüar müzakirə yaratdı - Foto

Səhər saatlarında Bakı Dövlət Universitetinin ikinci korpusunun pəncərəsindən “Pulsuz Təhsil” şüar asılıb. 

Operativ.tv xəbər verir ki, sözügedən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şahidlərin sözlərinə görə, bir qrup tələbənin asdığı deyilən şüar qısa müddət ərzində yığışdırılıb. 

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Qafqazinfo”ya bildirib ki, hazırda məsələ araşdırılır.