“Bayılda 97 ailə köçürülüb, 6 ev tamamilə dağılıb”

“Bayılda sürüşmə zonasında yaşayan 97 ailə köçürülüb”.

Gununsesi.info xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov qeyd edib ki, həmin ərazidəki 97 evdən 6-sı artıq tamamilə dağılıb:

“Bu 6 ev biz ailələri oradan köçürəndən sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı”.