Bayden və Makronun neftin qiymətinə görə narahatlığını əks etdiən söhbəti kamarelara düşüb

Fransa prezidenti Emanul Makronla ABŞ prezidenti Co Bayden arasında neftin qiyməti ilə bağlı söhbətləri kameralara düşüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Almaniyada keçirilən G7 zirvə sammiti çərçivəsində Makronla Baydenın neftin artmaqda olan qiyməti barədə narahatlığını əks etdirən video yayılıb.

Videodan bəlli olur ki, E.Makron, müşaviri Cek Sullivanla xüsusi şəkildə danışan Co Baydenə təcili şəkildə yaxınlaşır. Makron onların söhbətini kəsərək, ərəb dövlətlərinin neftin hasilatını istənilən qədər artırmadıqlarını bildirir.

“BƏƏ-nin başçısı ilə danışdım. Mənə iki məsələni bildirdi və dedi ki, biz artıq hasilatı maksumuma çatdırmışıq (Yəni bundan artıq artırmaq mümkün deyil). Həm də bildirdi ki, Səudiyyə Ərəbistanı bəlkə günə 150 min barel ya biraz artıq hasilatı artıra bildilər”, deyə Makron müdaxilə edib.

Bayden isə buna cavab olaraq deyib:

“Biz Rusiyanın neft və qazı ilə nə edək?!”