Bayden Türkiyə, İsveç və Finlandiyanı NATO ilə bağlı razılaşmaya görə təbrik etdi

Operativ.tv YENİ SAFAK-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO üzvlüyünə razılaşan Türkiyə, İsveç və Finlandiyanı təbrik edib.
ABŞ prezidenti Co Bayden öz Tvitter hesabında Ağ Evdə Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Anderssonla görüşü zamanı çəkilmiş şəkli də əlavə edib.
ABŞ prezidenti Bayden yazısında, "Mən Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumu imzaladıqları üçün təbrik edirəm. Bu, NATO-nun Finlandiya və İsveçə dəvətində çox kritik bir addımdır, ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. (NATO Sammiti) Zirvəyə başlamaq üçün gözəl bir yoldur." bildirib