“Başqa həyat” filminin təqdimatı baş tutdu - Foto

Ərbəin səfərini özünd əks etdirən Elçin Ağazadənin “Başqa həyat” filminin təqdimetmə mərasimi dünən (18 Sentyabr) Park İNN oteldə baş tutdu.

Film Bakıdan başlayan səyyahın Ərbəin (İmam Hüseynin 40-mərasimi) ziyarətini özündə əks etdirir.

İraqın Bağdad şəhərindən Kərbəlaya, Ərbəin yürüşü boyunca səyyahın təsüratları, insanlarla görüş və fikirləri, səfər boyunca sonsuz sevgi ilə təşkil olunan xidmət filmin əsas ana xəttidir.

Eyni halda burada İmam Hüseyn (ə) eşqinin yaratdığı tam fərqli fəza, başqa bir aləmin gözəllikləri nümayiş edilir.

Təqdimatdan sonra film ümumi kütlənin izləməsi üçün sosial şəbəkələrdə yayıma daxil olub.

Filimin rejissoru Elçin Ağazadə, prodüseri Orxan Məmmədzadə, operatoru isə Soltan Abdullayevdir. Filmin qurucuları “Başqa həyat” filmini xarici kanallarda yayımını düşünür.