Baş Prokurorluqda növbəti kadr dəyişikliyi olub

Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Baş Prokurorluğun veb-saytının müvafiq bölməsində məlumat verilib. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb.