Baş Pokurorluq Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıb

Baş Pokurorluq Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıb

Baş Pokurorluq Vergilər Nazirliyinin bir neçə əməkdaşına cinayət içi açıb.
 
Bu barədə Baş Prokrorluqla Vergilər Nazirliyinin mayın 22-də birgə yaydıları məlumatda deyilir.
 
Məlumatda bildirilir ki, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 
 
Məlum olub ki, 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimov, Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarını, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 511 min manat azaldıb. 
 
"Azaldılan 511 min manat pulu, ayrı – ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqinə qeyd etməklə, sonra bu məbləğləri onlardan nağd şəkildə geri alıb”, - açıqlamada deyilir. 
 
Məlumatda qeyd olunur ki, həmçinin Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımov vdaxil olmuş ödəniş qəbzlərini saxtalaşdırıb: "Valeh Qasımovda ödəniş olmadığı halda vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd edib. Bu vəsaitlər isə sonradan nağd şəkildə geri alınıb”.
 
Rəsmi məlumatda vurğulanır ki, aparılmış araşdırılmalarda 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimov maliyyə idarələrindən daxil olmuş 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alıblar.
 
Bundan başqa, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayev 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat aparıb.
 
Prokurorluq bildirir ki, aparılan araşdırmalarda mənimsəmə əsaslı şübhələr olduğunudan Cinayət Məcəlləsinin ayrı ayrı maddələri üzrə cinayət işi açılıb. 
 
4 vergi işçisinin vergi orqanlarında xitam verilmiş və 4 vergi işçisi isə tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırıb. 
 
Məlumatda həmçinin bildirilir ki, qeyd olunan qanunsuzluq hallarının müəyyənləşdirilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı aş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri aparılır.

Facebook