Baş nazirdən dərmanlarla bağlı SƏRƏNCAM - 10 milyon manat ayrıldı

Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

 

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

 

Sərəncam “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.

 

Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

 

Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.