Baş Nazir Trudeonun həyat yoldaşı koronovirusa yoluxub

Kanada baş naziri Castin Trudeonun həyat yoldaşı Sofi Qreqori Trudeoda yeni növ  (Covid - 19) koronovirus aşkar olunub.

Bu barədə Baş Nazirin ofisindən xəbər verilib.

Xəbərdə bildirilir ki, Sofi Trudeonun koronovirusla bağlı verdiyi analizlərin nəticələri müsbət çıxıb.

Həmçinin məlumatda Sofinin səhhətinin yaxşı olması və lazimi tədbirlərin görüldüyü bildirilib.