"Barselona" Ronaldonu transfer etmək istəyir

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kristiano Ronaldo Kataloniya təmsilçisi "Barselona"nın rəhbərliyi ilə görüşüb. 

Operativ.tv "Unikal" -a istinadən xəbər verir ki, "Barselona"nın rəhbəri Joan Laporta bir sıra futbolçularla maraqlanıb. Xüsusilə, 37 yaşlı futbolçunun mümkün transferi məsələsini müzakirə ediblər.

Daha əvvəl İtaliya çempionatının təmsilçiləri "Roma" və "Napoli"nin Ronaldonu hədəf seçdiyi bildirilirdi. Həmçinin, transferə Londonun "Çelsi"si də maraq göstərib.

İyulun 2-də Ronaldonun "qırmızı şeytanlar" rəhbərliyindən yaxşı təklif alacağı təqdirdə onu satmağı xahiş etdiyi qeyd edilib. 

Onu da deyək ki, klub rəhbərliyi bildirib ki, İngiltərədən olmayan bir klub portuqaliyalı hücumçunun həftəlik 500 min funt sterlinq qazandığı müqaviləsinin son 12 ayını ödəməyə hazır olsa, Mançester təmsilçisi oyunçunu satmağa razı olacaq.