`Bank Respublika`nın sahibinin 15 yaşlı oğlu iynədən şoka düşərək ölüb

“Bank Respublika"nın sahibi Natiq Quliyevin 15 yaşlı oğlu qəfil dünyasını dəyişib.

 

Bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün ona evdə iynə vurulub və iynədən sonra uşaq şoka düşüb. Evə özəl xəstəxanaların birindən təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsi olsa da, gəncin həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.