Balıq məhsullarının satışını həyata keçirəcək yerlər açıqlanıb

““Balıqçılıq haqqında” qanunun 13-cü maddəsinə edilən dəyişikliyə uyğun olaraq Azərbaycanda minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər”. 

Rakurs.tv-nin məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş zamanı qanundakı dəyişikliklərlə bağlı sahibkarları məlumatlandıran zaman bildirib. Onun sözlərinə görə, bu məhsullar “Yeyinti məhsulları haqqında” qanuna uyğun olaraq qablaşdırılmalı və etiketləndirilməlidir.

Sədr müavini bildirib ki, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı obyektlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və müvafiq tələblərə uyğun xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir.