"Baku Bus"la bağlı qərar ləğv edildi - MƏHKƏMƏ

"Baku Bus" Məhdud Məsuliyyəti Cəmiyyəti (MMC) 300 manat cərimə edilib.

 

Operativ.tv "Pravda.az" saytına istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Yol Polisinin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən yazdığı inzibati protokolla belə bir qərar çıxarıb.

 

Bu maddə hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutur.

 

«Baku Bus» Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Əsədov Kamran Tərlan oğlu Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

 

Şikayətə hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb və Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilərək icraata xitam verilib.