Bakının 4 qəsəbəsində iki gün su olmayacaq

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
 
Bu barədə "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
 
Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.
 
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.