Bakıda yeni tunel çəkilə bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökmətə təqdim edib.

Bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq. 

AAYDA həmçinin bu ilin may ayının sonunadək Bakı-Sumqayıt yolunun 6,5-14 kilometrlik hissəsində yenidənqurma işlərini bitirməyi planlaşdırır. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun sözügedən hissəsinin yenidən qurulmasına üç ay bundan öncə başlanılıb.

Bununla yanaşı, Bakı-Sumqayıt yolundan istifadə edənlər “20 yanvar dairəsi – Masazır körpüsü” adlanan hissəsində yeni yol tənzimlənməsini hiss edəcəklər.