Bakıda təkər tullantıları toplanan ərazidə baş verən yanğın söndürülüb

Bakıda Zığ qəsəbəsinə gedən yolun kənarında - təkər tullantıları toplanan ərazidə axşam saatlarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən təkər tullantıları toplanan ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.