Bakıda sərnişin avtobusdan yıxılıb

Bakının Nizami rayonunda sürücünün səhvi ucbatından sərnişin xəsarət alıb.

Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

184 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qəfil hərəkəti zamanı sərnişin - 1962-ci il təvəllüdlü Quliyev Dilqəm Yusif oğlu açıq qapıdan yerə yıxılıb. O, sınıq xəsarətləri alıb.

Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.