Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Bakıda sexdə yanğın başlayıb.

Operativ.tv APA-ya istinadən xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığında yerləşən sexdə qeydə alınıb.

Bakının Nərimanov rayonunda sexdə baş verən yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.