Bakıda restoranda zəhərlənmə: ÖLƏN VAR

Bakının Nərimanov rayonunda iki nəfər zəhərlənib.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

 

Belə ki, Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə paytaxtın Nərimanov rayonu K.Rəhimov 17 ünvanında yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospekti 10/32 ünvanında yerləşən “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul etdikdən sonra özlərini pis hiss ediblər.

 

Zəhərlənmə diaqnozu ilə Bayramov Sərxan 1 saylı Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinikasına gətirilib. Nəticədə S.Bayramov müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin nəzarəti aldında saxlanılır.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.