Bakıda qanunsuz avtomobil parklanması küçədə hərəkəti iflic etdi

Bakıda avtomobil yolu bağlayıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb:

""Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub. Bu müddətdə küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb. Əməkdaşlarımız avtombili ərazidən təxliyə edib". (trend)