Bakıda narkotacirlərə qarşı əməliyyat

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər aşkar edilib.

 
Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.
 
Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.
 
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.