Bakıda mənzillərin telefonlaşdırılmasına 6,9 mln ABŞ dolları xərclənəcək

“Bakı Telefon Rabitəsi” (Baktelecom) mənzillərin telefonlaşdırılması və baza stansiyalarının inşası üzrə işlərin və xidmətlərin təchizatı üçün “Azinvest İnşaat” QSC-ni podratçı seçib. Bu barədə Dövlət elektron satınalmalarının vahid portalı məlumat verir.

 

Bu satınalma çərçivəsində GPON texnologiyasından istifadə edərək mənzillərin telefonlaşdırılması (Gigabit imkanları ilə Gigabit passiv optik şəbəkəsi), LTE-dən (simsiz telefon rabitəsi) istifadə ilə baza stansiyalarının quraşdırılması planlaşdırılır. Bu iş üçün “Azinvest İnşaat” QSC-yə 11 milyon 747,4 min manat və ya 6,9 milyon dollar ödəniləcək.