Bakıda minik avtomobili yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Səbail rayonunda "Mitsubishi" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.