Bakıda quldurluq hadisəsi baş verib.
Operativ.tv-nin xəbərinə görə, hadisə martın 1-i saat 2 radələrində Sabunçu rayon, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində qeydə alınıb.
Belə ki, naməlum iki kişi Günel Bayməmmədlinin yaşadığı nömrəsiz evə basqın edərək qadına xəsarət yetiriblər. Həmin şəxslər evdən 2 150 manat pul və 2 000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları götürərək quldurluq ediblər.
Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bakıda evə basqın hadisəsi ilə bağlı cinayət işi başlanıldı