Bakıda binadan iri şüşə parçası düşdü: 2 yaralı - VİDEO

Bakıda binadan iri şüşə parçası düşdü: 2 yaralı - VİDEO

Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb. Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

 

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

 

Operativ.tv-nin məlumatına görə, plazadan APA-ya faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.

Facebook