Bakıda anbarda yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olunub

Bakıda sexin anbarında yanğın başlayıb. Operativ.tv  APA-ya istinadən xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir.