Bakıda ana və azyaşlı qızını maşın vurub: Uşaq öldü

Bakıda ana və azyaşlı qızını maşın vurdu: Uşaq öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 

Rayon sakinləri M.N. və qızı 2016-cı il təvəllüdlü T.N. (adlar şərtidir) yolu keçmək istəyərkən, onları avtomobil vurub. Qəza nəticəsində azyaşlı T.N. aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ana isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. (apa)