Bakıda ABŞ səfirliyi qarşısında "Allahu Əkbər" deyən şəxs saxlanılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

Naməlum şəxs səfirliyin qarşısında hündür səslə “Allahu Əkbər” deyib. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.