Bakıda 15 məktəbli qızıl və gümüş medalla təltif olunub

Bakıda 15 məktəbli qızıl və gümüş medalla təltif olunub

Bakı məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunublar.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil nazirinin müvafiq əmrinə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb.

 

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.

 

Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Facebook