Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı

Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı 

Bakının Xəzər rayonu, Binə qəsəbəsinə işləyən 160 saylı marşrut xətti üzrə yeni avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə istinadən əbər verib.

Mais Ağayev bildirib ki, avtobuslar bu gün səhərdən xəttə buraxılıb: "Binə qəsəbəsi sakinlərinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə “Çinar-Trans” MMC-nin gətirdiyi BMC Procity 12 metrlik avtobuslarla xidmət göstərilir".