Bakı-Sumqayıt yolunda evakuator qəzaya uğrayıb, tıxac yaranıb - FOTO

Bakı-Sumqayıt yolunda evakuator ilə avtomobil toqquşub.

 

50-DA-813 dövlət nömrə nişanlı "VAZ 2106" avtomobil yolun ortasında idarəetməni itirib. Bu anda qarşı tərəfdən gələn 99-JP-098 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı evakuator maşını ona dəyib.

 

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

 

Əraziyə DYP əməkdaşları gəlib.