Bakı-Şamaxı yolunda ağır QƏZA: 2 ölü, 3 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.

APA-ya istinadən xəbər verilir ki, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.