Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

2021-ci ilin yanvar-noyabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə 1,009 milyon ton Azərbaycan neftinin nəql olunub.

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-avqust aylarında bu boru kəməri ilə 669 min ton Azərbaycan nefti nəql edilib.

Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 330 kilometrdir və bunun 231 kilometri Azərbaycan ərazisindən keçir.

Bu boru kəməri ilə nəql edilən neft “Urals” markası ilə satılır.

Xatırladaq ki, SOCAR və “Transneft” şirkətləri 2021-ci ildə bir milyon ton neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqli barədə müqavilə imzalayıb.