Bakı havasında qaz qarışığı sanitar normadan 3 dəfə çoxdur

Bakı havasında qaz qarışığı sanitar normadan 3 dəfə çoxdur

Dünən Bakının Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində havada xoşagəlməz qoxu hiss olunub.

Bununla əlaqədar Ekologiya Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ araşdırma aparılıb.

Analizlərin nəticələri göstərib ki, havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox olub, deyə Ekologiya Nazirliyi bildirir.

Mütəxəssislər bunu “qaz qarışıqlarının dağılmasına əlverişsiz” hava şəraiti izah edirlər.(turan.az)

Facebook